Elmir Çərkəzov yarımfinalda dayandı – Bürünc medal uğrunda güləşəcək
28.07.2026 - 17:43
Elmir Çərkəzov yarımfinalda dayandı – Bürünc medal uğrunda güləşəcək

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda İran təmsilçisi Amirreza Saeid Tahmasbpourmarzouniyə 4:5 hesabı ilə məğlub olub.

Beləliklə, Elmir Çərkəzov üçüncü yer uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, təmsilçimiz buna qədər təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı 2:0, 1/8 finalda almaniyalı Kristiano Libtsaytı 1:1 hesabı ilə sonuncu xal prinsipinə əsasən, 1/4 finalda isə belaruslu Roman Şarkovu 3:0 hesabı ilə məğlub edib.