Güləş üzrə böyüklər arasında Azərbaycan çempionatının başlanma tarixi müəyyənləşib.
Apasport.az xəbər verir ki, yanvarın 7-11-i aralığında Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə ölkə çempionlarının adları bəlli olacaq.
İlk "3-lük"də yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək. Görüşləri yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət edilmiş I-S kateqoriyalı, təcrübəli referilər də idarə edəcək.
İlkin mərhələ qarşılaşmaları 10:00-da başlayacaq. Həlledici görüşlər isə 18:00-da start götürəcək. Çempionatın açılış mərasimi yanvarın 7-də, saat 17:00-da baş tutacaq.
- Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
- Yunan-Roma güləşində ilk çempionlar müəyyənləşib
- Dörd çimərlik güləşçimiz Batumidə Dünya Seriyasına uğurla start verib
- Azərbaycanın altı çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində iştirak edəcək
- Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib