Ömər Salmanov yarımfinalda – DÇ-da medal uğrunda mübarizə aparacaq
27.07.2026 - 14:33
Ömər Salmanov yarımfinalda – DÇ-da medal uğrunda mübarizə aparacaq

Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib.

Apasport.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda İran təmsilçisi Əli Mürtəza Esmaeilini 6:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.

Salmanov bundan əvvəl 1/8 final mərhələsində Hindistan güləşçisi Avinaş Çetakeni də eyni hesabla (6:1) üstələmişdi.

Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.