Emin Cəfərov Konfrans Liqası oyununa təyinat aldı
22.07.2024 - 23:28
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Maribor” (Sloveniya) – “Universitatya Krayova” (Rumıniya) oyununun UEFA nümayəndəsi olacaq. Maribor şəhərində yerləşən “Lyudski” stadionunda keçiriləcək görüş iyulun 25-də baş tutacaq.
“Maribor” – “Universitatya Krayova” matçını danimarkalı baş hakim Mads Kristoffersen idarə edəcək.
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
- Tarixdə bu gün: Braziliya 5-ci dəfə dünya çempionu oldu
- Tarixdə bu gün: Argentina ilk dünya çempionluğunu qazanıb
- Tarixdə bu gün: Futbolun əfsanəsi Lionel Messi 38 yaşını qeyd edir
- Tarixdə Bu Gün: “Puerta 12” Faciəsindən 57 İl Ötür
0
0