Son Avropa Çempionatındakı parlaq oyunu ilə bütün dünyada adından söz etdirən Türkiyə milli komandasının üzvü Ferdi Kadıoğlunun futbol karyerasına necə başlaması və keçdiyi yol azarkeşlərin marağını çəkir.
Ferdi Kadıoğlu kimdir?
Ferdi Erenay Kadıoğlu 1999-cu ildə Niderlandın Arnhem şəhərində anadan olub. Ferdi Niderlandda yetişmiş türk futbolçudur. Super Liqa komandalarından “Fənərbaxça”nın formasını tərlədir.
Kadıoğlu 2018-ci ildə Niderlandın “NEC Nijmegen” komandasından 1.4 milyon avroya “Fənərbaxça”ya transfer edilib. Bura gəldikdən sonra bir müddət U-21 komandasında oynayıb. 21 yaşlılarla ümumilikdə 10 oyuna çıxan Ferdi əsas komandada ilk oyununa 20 dekabr 2018-ci ildə çıxıb. Bu, “Fənərbaxça”nın Türkiyə Kuboku çərçivəsində “Giresunspor”a qarşı keçirdiyi oyun idi. Ferdi Kadıoğlu matçın 77-ci dəqiqəsində Mehmet Ekicini əvəzləmişdi.
Ferdi Kadıoğlu əslən haralıdır?
Ferdinin haralı olduğu ilə bağlı suala atası Muzaffer Kadıoğlu belə cavab verib:
“Biz Trabzonluyuq. Bu səbəbdən “Trabzonspor”a simpatiyamız var”.
Ferdi Kadıoğlunun neçə yaşı var?
7 oktyabr 1999-cu ildə anadan olan futbolçu Ferdi Erenay Kadıoğlu hazırda 24 yaşındadır.
Ferdi Kadıoğlunun “Fənərbaxça”dakı ilk qolu
Gənc futbolçu 2019-2020-ci illərdə komandada daha çox forma geyinməyə başlamışdı. 19 avqust 2019-cu ildə “Qazişehir”lə oynanan birinci tur görüşünün 77-ci dəqiqəsində zədələnən Viktor Mozesin yerinə meydana daxil oldu və komandasının 5-ci qoluna imza atdı. Bu, Ferdinin “Fənərbaxça” forması ilə vurduğu ilk qol oldu. Komanda 5:1 hesablı qələbə qazandı.
Ferdi Kadıoğlunun boyu nə qədərdir?
Əvvəlcə Hollandiyada daha sonra “Fənərbaxça”da forma geyinən Ferdi Erenay Kadıoğlunun boyu 1.74 metrdir. Ferdi həm Türkiyə millisində, həm də komandasında yarımmüdafiədə və müdafiəçin sol cinahında oynayır.
Ferdi Kadıoğlunun sevgilisi kimdir?
Futbolçu ötən il sevgilisi Sera Vrij ilə evlilik hazırlıqları görürdü. Ferdi kimi Sera da Niderland doğumludur. O, “Vitalderma” gözəllik mərkəzinin sahibidir. Niderlandda fəaliyyət göstərən bu mərkəz kosmetika və fərdi baxım məhsullarının satışı ilə məşğuldur.
Ferdi Kadıoğlu niyə türkcə bilmir?
Niderlandda doğulub, böyüyən Ferdi “Fənərbaxçaya” gələndən və ailəsi ilə İstanbula köçəndən bəri türk dili dərslərinə yazılıb. Dərslərin əhatəli, lakin özü üçün çox çətin olduğunu deyən Ferdi Kadıoğlu Niderlandda böyüdüyü üçün türkcə öyrənə bilməyib.
- Juninyo Kimdir? "Sevilya"nın transfer radarında olan futbolçunun həyat yolu
- Adil Nağıyev Kimdir? Adı oyun alqı-satqısında hallanan futbolçu
- Dris Mertens Kimdir? "Qalatasaray"ın Maestrosu
- Cesse Sekidika: "Neftçi"dən "Qalatasaray"a, "Cimbom"dan "Sabah"a
- Adnan Əhmədzadə Kimdir? Messi İlə Dost Olan Həmyerlimiz