1960-cı ildəki ilk Avropa Çempionatı İspaniyanın qəribə etirazı ilə yadda qalır.
“Real Madrid”li Alfredo Di Stefano, Pako Gento ilə “Barselona”lı Luis Suarez, Laszlo Kubala kimi ulduzlardan təşkil olunmuş İspaniya millisi turnirdəki mübarizəni erkən tərk edir.
Həmin dövrdə İspaniyanı idarə edən general Franko komandanın 1/4 finaldakı rəqibi SSRİ ilə səfər matçına yollanmasına icazə vermir. Siyasi səbəblər ulduzlardan ibarət İspaniya millisinin önünü kəsmiş olur. Komandanın oyuna çıxmaqdan imtina etməsi diskvalifikasiya ilə nəticələnir.
Bu gün isə İspaniya millisi Avropa Çempionatının finalındadır. Bəlkə də, gənc oyunçular millinin tarix boyu yaşadığı çətinliklərdən xəbərdardır. Axı onlar turnirin əvvəlindən çempion adına layiq oyun nümayiş etdirirlər...
ADİL NƏHMƏTLİ
- Juninyo Kimdir? "Sevilya"nın transfer radarında olan futbolçunun həyat yolu
- Adil Nağıyev Kimdir? Adı oyun alqı-satqısında hallanan futbolçu
- Dris Mertens Kimdir? "Qalatasaray"ın Maestrosu
- Cesse Sekidika: "Neftçi"dən "Qalatasaray"a, "Cimbom"dan "Sabah"a
- Adnan Əhmədzadə Kimdir? Messi İlə Dost Olan Həmyerlimiz