Bu gün – iyunun 25-də dünya futbol tarixində əlamətdar hadisə yaşanıb.
Apasport.az xəbər verir ki, 1978-ci ilin məhz bu günü Argentina millisi tarixində ilk dəfə dünya çempionu olub.

Buenos Ayresdə təşkil olunan final matçında ev sahibi Argentina Niderlandı əlavə vaxtda 3:1 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.
Finalda Argentina yığmasının heyətində Mario Kempes iki dəfə fərqlənib və qarşılaşmanın əsas qəhrəmanı olub. Digər qolu isə Bertoni vurub. Niderland millisinin yeganə qoluna Dik Nanninqa imza atıb.

Qeyd edək ki, bu qələbə Argentinanın futbolu tarixində ilk dünya çempionluğu kimi tarixə düşüb.
- İdman komplekslərində ciddi nöqsanlar: 15 milyon manat!
- 8-ci Etnospor Forumu: Qlobal sülh çağırışı və “Ethnosports 2027” vizyonu ön plana çıxıb
- DÇ-2026: Bütün qruplar müəyyənləşdi
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
- Tarixdə bu gün: Braziliya 5-ci dəfə dünya çempionu oldu