Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq
20.07.2026 - 12:48
Avarçəkənlərimiz Avropa çempionatında mübarizə aparacaq

23-26 iyul tarixlərində Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycanı qitə çempionatında dörd idmançı təmsil edəcək.

Kayak növündə Əlimurad Hacızadə və Amil Ramazanov, kanoe növündə isə Hüseyn Səmədli və Tatyana Smilovenko ölkəmizi təmsil edəcəklər.

Qitənin ən güclü gənc avarçəkənlərinin iştirak edəcəyi yarış idmançıların beynəlxalq arenada təcrübə toplaması və rəqabət qabiliyyətini artırması baxımından mühüm əhəmiyyət kəsb edir.