Avarçəkənlərimiz beynəlxalq reqatada mübarizə aparacaq
10.04.2026 - 14:11
Kayak və kanoe üzrə gənclərdən ibarət yığma komandamız Türkiyənin Muğla şəhərində keçiriləcək “Bahar Kuboku” beynəlxalq reqatasında iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, yarışlarda Azərbaycan Su İdman Növləri Federasiyası Qurban Sadıqlının məşqçiliyi ilə 7 nəfərlik heyətlə mübarizə aparacaq.
Elmir Tarverdiyev, Mustafa Vəlizadə, Qiyas Əhmədov, Tengiz Qaqnidze kayak qayığında, Hüseyn Səmədli, Vaqif Mustafazadə, Fəxri Sadıqlı isə kanoe növü üzrə mükafatçılar sırasına düşməyə çalışacaq.
0
0