Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında yeniyetmə və gənc avarçəkənlər arasında açıq Bakı çempionatı keçirilib.
Apasport.az xəbər verir ki, yarışda Bakı və Mingəçevirdən 100-ə yaxın idmançı iştirak edib. Reqlamentə əsasən yarış iştirakçıları kayak növündə həm 1 nəfərlik, həm də 2 nəfərlik qayıqda, kanoe və akademik avarçəkmədə isə 1 nəfərlik qayıqda 500 metr məsafədə mübarizə aparıblar. Gərgin və maraqlı anlarla yadda qalan açıq Bakı çempionatının qalibləri diplom və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, açıq Bakı çempionatı və bu qəbildən olan ölkədaxili yarışların təşkilində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq, eyni zamanda onlar arasından seçilən avarçəkənləri gənclərdən ibarət yığma komandanın heyətinə cəlb etməkdir.
- ASİNF "Prezident Kuboku 2026" öncəsi Ağdərə sakinləri ilə görüş keçirib
- Yığmamızın 3 üzvü İtaliyada
- Azərbaycanın akademik avarçəkənləri İtaliyada xatirə turnirində iştirak edəcəklər
- Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar
- Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən start götürəcək