"Azərbaycanda kanoe və avarçəkmə idman növünə gənclərin, yeniyetmələrin marağı artır".
Apasport.az xəbər verir ki, bunu Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir reqatası-2024”dən əvvəl deyib.
Qurum rəsmisi turnir təşkilatçılarına təşəkkür edib:
"Yarışların keçirilməsi dostluq ənənəsini xatırladır. Turnirin təşkilində əziyyəti olan hər kəsə təşəkkür edirəm. Bütün idmançılara uğurlar arzulayıram".
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev də öz növbəsində idmançılara uğurlar arzulayıb, yarışın ümumi proqramını açıqlayıb.
Qeyd edək ki, oktyabrın 18-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində reqatanın final yarışları və bağlanış mərasimi keçiriləcək.
- Beş azərbaycanlı yelkənçi Mərakeşdə keçiriləcək dünya çempionatına qatılacaq
- Avarçəkənlərimiz Dünya Kubokunda yarışacaq
- Tatyana Smilovenko Avropa çempionatında mübarizə aparacaq
- Tatyana Smilovenko Avropa çempionatında Azərbaycanı təmsil edəcək
- Avarçəkənlərimiz Uralsk reqatasını medallarla başa vurublar