III MDB Oyunları: Avarçəkənlərimiz yarışı dörd medalla başa vurublar
06.10.2025 - 13:15
Bu gün Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində avarçəkmə yarışlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, iki gün davam edən yarışların nəticəsinə əsasən, Azərbaycan avarçəkənləri ümumilikdə dörd medal qazanıblar.
Əlimurad Hacızadə gümüş medalın sahibi olub. Amil Ramazanov iki bürünc medal qazanıb.
İvan Vorobjanski və Hüseyn Həsənovdan ibarət duet də üçüncü yeri tutub.
- Beş azərbaycanlı yelkənçi Mərakeşdə keçiriləcək dünya çempionatına qatılacaq
- Avarçəkənlərimiz Dünya Kubokunda yarışacaq
- Tatyana Smilovenko Avropa çempionatında mübarizə aparacaq
- Tatyana Smilovenko Avropa çempionatında Azərbaycanı təmsil edəcək
- Avarçəkənlərimiz Uralsk reqatasını medallarla başa vurublar
0
0