"Mingəçevir reqatası-2024”ün bağlanış mərasimi keçirilib
18.10.2024 - 14:43

Avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin bağlanış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, ilk olaraq yarışın sonuncu günündə medal qazanan idmançılar mükafatlandırılıblar.
Azərbaycan 24 medalla ən çox mükafat əldə edən komanda olub. Yığma üzvlərinə kayak-kanoe və akademik avarçəkmə üzrə xüsusi mükafat verilib.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri turniri 24 medalla başa vurublar. Yarışda 12 ölkədən 100-dək avarçəkən iştirak edib.
- AKAF ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirəcək
- AKAF COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü təşkil edib
- AKAF-dan ölkəmizdə keçiriləcək COP29-a növbəti dəstək
- Təmsilçilərimiz "Mingəçevir reqatası-2024”də 24 medal qazanıblar
- "Mingəçevir reqatası-2024” beynəlxalq turnirinə bu gün yekun vurulacaq
1
0