“Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi mayın 2-də keçiriləcək.
Apasport.az xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında baş tutacaq bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim olunacaq.
Mükafatlandırma mərasimi başa çatdıqdan sonra tədbir bədii hissə ilə davam edəcək. Müxtəlif şoular proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq.
“Prezident Kuboku-2025” beynəlxalq reqatasına möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.
- ASİNF "Prezident Kuboku 2026" öncəsi Ağdərə sakinləri ilə görüş keçirib
- Yığmamızın 3 üzvü İtaliyada
- Azərbaycanın akademik avarçəkənləri İtaliyada xatirə turnirində iştirak edəcəklər
- Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar
- Avarçəkmə üzrə "Prezident Kuboku" ilk dəfə Sərsəngdən start götürəcək