Təmsilçimiz Mingəçevirdə qızıl medal qazanıb
16.10.2024 - 12:37
Təmsilçimiz Mingəçevirdə qızıl medal qazanıb

Azərbaycan təmsilçisi Amil Ramazanov "Mingəçevir reqatası-2024”də qızıl medal qazanıb.

Apasport.az xəbər verir ki, o, 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 500 metr məsafəyə kayak üzrə mübarizəsində birinci olub.

Ramazanov məsafəni 2 dəqiqə, 4,88 saniyəyə qət edib.

Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov-Elvin Əliyev cütü bürünc mükafat əldə edib.

Qeyd edək ki, yarış oktyabrın 18-də başa çatacaq.

0