Azərbaycan karateçiləri Avropa çempionatında iki medal qazanıb
05.10.2026 - 15:05
Azərbaycan idmançıları Latviyada və Rusiyada keçirilən fullkontakt şinkyokuşin karate yarışlarında bir gümüş və iki bürünc medal qazanıblar.
Apasport.az xəbər verir ki, Latviyanın Riqa şəhərində təşkil olunan Avropa çempionatında U21 yaş kateqoriyasında Zamin Fərəcov (75 kq) ikinci yeri tutaraq gümüş, Məhərrəm Əhmədov (65 kq) isə üçüncü yeri tutaraq bürünc medal əldə edib.
Rusiyanın Novosibirsk şəhərində keçirilən 34-cü Andrey Yakutov Memorialı – Beynəlxalq Şinkyokuşinkay Karate Çempionatında isə Emin İsmayıllı 75 kq-dək çəki dərəcəsində bürünc medala sahib çıxıb.
0
0