Azərbaycan karateçiləri İstanbulda keçirilən “Turkish Open” beynəlxalq karate turnirində iki gümüş medal qazanıblar.
Apasport.az xəbər verir ki, 27 ölkədən 1100-ə yaxın idmançının qatıldığı yarışda “Qaraqaplan Karate Klubu”nun üzvü Qəhrəman Rzaquliyev 12-13 yaş, 45 kq çəki dərəcəsində 5 görüş keçirərək finala yüksəlib.
Asiman Qurbanlının rəhbərliyi altında çıxış edən Rzaquliyev həlledici görüşdə Özbəkistan təmsilçisinə məğlub olaraq gümüş medalla kifayətlənib.
“Arpaçay Karate Klubu”nun idmançısı Ömər Məmmədrəhimov isə kata üzrə 16-17 yaş kateqoriyasında finala yüksələrək ikinci yeri tutub. Onun şəxsi məşqçisi Roman Heydərov, milli komandanın baş məşqçisi isə Vüqar Kərimovdur.
Beləliklə, Azərbaycan təmsilçiləri “Turkish Open” turnirini iki gümüş medalla başa vurublar.
- Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal
- Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq
- Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
- Parakarate Komitəsinin sədri WSF-nin vitse-prezidenti seçildi
- Karateçilərimiz Frankfurtdan Vətənə dönüblər