Dünya çempionatında Azərbaycan karateçilərindən iki medal
27.04.2026 - 16:17
Dünya çempionatında Azərbaycan karateçilərindən iki medal

Türkiyənin İstanbul şəhərində təşkil olunmuş Şotokan karate üzrə dünya çempionatı başa çatıb.

Apasport.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Ülvi Məmmədov fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. 

O, böyüklər arasında 84 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Veteranlar (35-45 yaş) kateqoriyasında isə Elnur Əliyev aktivimizə daha bir medal yazdırıb. Elnur bütün rəqiblərini üstələyərək qızıl medalın sahibi olub.