"8 saniyə" qaydası İPL-də ilk dəfə tətbiq olundu - VİDEO
17.08.2025 - 01:27
"8 saniyə" qaydası İPL-də ilk dəfə tətbiq olundu - VİDEO

İngiltərə Premyer Liqasının I turunun oyunları davam edir.

Apasport.az xəbər verir ki, “Börnli” səfərdə “Tottenhem”lə üz-üzə gəlib.

Oyunun 4-cü dəqiqəsində qonaqların qapıçısı Martin Dubravka etdiyi səhvlə yadda qalıb. 8 saniyə qaydasına əməl etməyən qolkiper rəqibin künc zərbəsindən faydalanmasına şərait yaradıb.

Xatırladaq ki, yeni qaydaya görə hər bir qapıçı topu oyuna 8 saniyədən gec olmadan daxil etməlidir.

Qeyd edək ki, görüş “Tottenhem”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.