A Seriyası: Autsayderdən darmadağın
22.12.2025 - 01:44
A Seriyası: Autsayderdən darmadağın

İtaliya A Seriyasında XVI tura yekun vurulub.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Kalyari" öz meydanında "Piza" ilə üz-üzə gəlib.

4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Çempionatın autsayderi olan "Fiorentina" isə evdə "Udineze"ni 5:1 hesabı ilə darmadağın etməyi bacarıb.

İtaliya A Seriyası
XVI tur
15:30. "Kalyari" - "Piza" - 2:2
18:00. "Sassuolo" - "Torino" - 0:1
21:00. "Fiorentina" - "Udineze" - 5:1
23:45. "Cenoa" - "Atalanta" - 0:1