Bundesliqa: “Bavariya”dan darmadağın
07.03.2026 - 01:25
Bundesliqa: “Bavariya”dan darmadağın

Almaniya Bundesliqasında XXV tura start verilib.

Apasport.az xəbər verir ki, ilk gün bir qarşılaşma baş tutub.

Lider "Bavariya" öz meydanında "Borussiya Mönhenqladbax"la üz-üzə gəlib. Azarkeşlər 5 qola şahidlik ediblər. Ev sahibləri rəqibini 4:1 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, "Bavariya" 66 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 25 xalı olan "Borussiya Mönhenqladbax" isə 12-ci pillədə qərarlaşıb.