“Çelsi” evdə, “Tottenhem” səfərdə məğlub oldu
12.04.2026 - 21:35
“Çelsi” evdə, “Tottenhem” səfərdə məğlub oldu

İngiltərə Premyer Liqasında XXXII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Tottenhem” səfərdə “Sanderlend”lə üz-üzə gəlib.

Gərgin keçən görüşün taleyini bir qol həll edib. Oyun ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi matçı isə Londonda baş tutub. “Çelsi” azarkeşləri önündə “Mançester Siti”ni sınağa çəkib. “Şəhərlilər” rəqibini 3 cavabsız qolla məğlub edib – 3:0.

Turun digər oyunlarında “Kristal Pelas” “Nyukasl” üzərində 2:1 hesablı qələbə qazanıb. “Aston Villa” ilə “Nottingem Forest” arasında keçirilən görüş isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.