Türkiyə Super Liqasında XXII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, Burak Yılmazın baş məşqçisi olduğu “Kasımpaşa” səfərdə “Adana Dəmirsporla qarşılaşıb.
Qonaqlar autsayderi məğlub etməyi bacarıb – 5:3
Turun digər matçında isə, “Fənərbaxça” doğma meydanda “Rizəspor”la üz-üzə gəlib.
“Sarı-lacivərdlilər” 0:2 hesabı ilə geri düşsələr də, matçı çevirə biliblər.
Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə nəticələnib – 3:2.
Türkiyə Super Liqası
XXII tur
14:30. “Adana Dəmirspor” – “Kasımpaşa” – 3:5
17:00. “Göztəpə” – “Alanyaspor” – 0:1
20:00. “Fənərbaxça” – “Rizəspor” – 3:2