“Fənər”dən səfər qələbəsi: ÜÇÜNCÜ PİLLƏYƏ YÜKSƏLDİ
31.08.2026 - 00:24
Türkiyə Super Liqasında III tur davam edir.
Apasport.az xəbər verir ki, növbəti oyun günündə “Fənərbaxça” meydana çıxıb.
Komanda “Samsunspor”un qonağı olub. Hesab erkən açılıb. Vedat Muriç 3-cü dəqiqədə fərqlənib.
“Sarı-lacivərdlilər” ikinci hissədə daha bir qol vurub. Oğuz Aydın oyunda yekun nəticəni müəyyənləşdirib - 2:0.
Qeyd edək ki, xallarının sayını 6-ya çatdıran “Fənər” üçüncü pilləyə yüksəlib.
0
0