La Liqa: İlk tura yekun vuruldu
20.08.2026 - 01:09
La Liqa: İlk tura yekun vuruldu

İspaniya La Liqasında mövsümün ilk turuna yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son oyun günündə bir qarşılaşma keçirilib.

“Atletiko Madrid” doğma meydanda çempionatın debütantı “Malaqa”nı qəbul edib.

Görüş Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Atletiko”nun heyətində Li Kan İn və Aleks Baena fərqləniblər.