“Milan” və “Napoli” xal itirdi, “İnter” liderliyə yüksəldi
14.12.2025 - 23:25
“Milan” və “Napoli” xal itirdi, “İnter” liderliyə yüksəldi

İtaliya A Seriyasında XV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Milan” öz meydanında “Sassuolo” ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada hər iki komanda 2 qol vuraraq 2:2 hesablı heç-heçə ilə nəticələnib.

Çempionluğa iddialı digər komanda “Napoli” isə səfərdə “Udineze”yə minimal hesabla məğlub olub - 0:1.

“İnter” isə rəqiblərinin xal itkisindən istifadə etməyi bacarıb. Milan təmsilçisi “Genoa”ya 2:1 hesabı ilə qalib gəlib və turnir cədvəlində birinci pilləyə yüksəlib.