Super Liqa: “Beşiktaş” Trabzon səfərindən 1 xalla qayıdır
14.12.2025 - 23:02
Super Liqa: “Beşiktaş” Trabzon səfərindən 1 xalla qayıdır

Türkiyə Super Liqasında XVI tura start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Qaziantepspor" öz meydanında "Göztəpə" ilə qarşılaşıb.

Oyun qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Turun mərkəzi matçı isə Trabzonda baş tutub. Şəhərin eyniadlı komandası evdə "Beşiktaş"la üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Qonaqların heyətində El Bilal Ture 38-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Türkiyə Super Liqası
XVI tur
15:30. "Qaziantepspor" - "Göztəpə" - 0:1
18:00. "Karagümrük" - "Kocaelispor" - 1:1
21:00. "Samsunspor" - "Başakşəhər" - 0:2
21:00. "Trabzonspor" - "Beşiktaş" - 3:3