Super Liqa: “Kasımpaşa” turu qələbə ilə başa vurub
16.02.2026 - 22:58
Türkiyə Super Liqasında XXII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün bir matç keçirilib.
"Kasımpaşa" öz meydanında "Karagümrük"ü qəbul edib. 5 qolun vurulduğu görüşdə sevinən tərəf ev sahibləri olub. Oyun "Kasımpaşa"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, İstanbul təmsilçisi 19 xalla turnir cədvəlində 15-ci pillədə qərarlaşıb. Aktivində 12 xalı olan "Karagümrük" isə sonuncu - 18-ci sıradadır.
0
0