Super Liqa: “Kasımpaşa”dan darmadağın
18.10.2026 - 23:16
Türkiyə Trendyol Super Liqasında VIII turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, bu gün üç matç baş tutub.
Günün ən böyükhesablı nəticəsi “Kasımpaşa” – “Samsunspor” görüşündə qeydə alınıb. Meydan sahibləri rəqibini 4:1 hesabı ilə məğlub ediblər.
“Başakşehir” doğma meydanda “Qaziantep”ə qalib gəlib. İstanbul təmsilçisi Eldor Şomurodov və Umut Günəşin qolları sayəsində 2:1 hesablı qələbə qazanıb.
“Göztəpə” isə səfərdə “Kocaelispor”u 2:1 hesabı ilə üstələyib.
0
0