Super Liqa: “Trabzonspor” səfərdə məğlub oldu
22.12.2025 - 22:56
Türkiyə Super Liqasında XVII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Başakşəhər" öz meydanında "Qaziantepspor"la üz-üzə gəlib.
6 qolun vurulduğu görüşdə ev sahibləri rəqibini 5:1 hesabı ilə darmadağın edib.
"Trabzonspor" isə səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb. Gərgin keçən oyunda azarkeşlər 7 qola şahidlik ediblər. Trabzon təmsilçisi rəqibinə 3:4 hesabı ilə məğlub olub.
0
0