“Yunayted” “Aston Villa”ya məğlub oldu
21.12.2025 - 22:32
“Yunayted” “Aston Villa”ya məğlub oldu

İngiltərə Premyer Liqasında XVII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Mançester Yunayted" səfərdə "Aston Villa" ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Aston Villa" hazırda 36 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Yunayted" isə 26 xalla 7-ci sıradadır.