Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla şahmat üzrə Azərbaycan çempionatında I dəstədə mübarizəyə start verilib.
Apasport.az xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil olunan yarışın açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirakçılara uğurlar arzulayıb və güclülərin cari ildə də Azərbaycan çempionatına vəsiqə qazanacağını qeyd edib.
Sonra yarışın baş hakimi Azər İbrahimov şahmatçıları qaydalar barədə məlumatlandırıb.
Qeyd edək ki, kişilərin yarışında 40, qadınların mübarizəsində isə 20 şahmatçı mübarizə aparır.
Yarışlar FIDE oyun qaydaları əsasında İsveçrə sistem üzrə 9 turdan ibarət olmaqla keçirilir. I dəstədə kişilər arasında ilk 9 yer, qadınlar arasında isə ilk 2 yer Azərbaycan çempionatına vəsiqə qazanacaq. Turnirə yanvarın 14-də yekun vurulacaq.
I dəstənin ümumi mükafat fondu 10.000 AZN təşkil edir.
- Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib