Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi yeniyetmə və gənclərdən ibarət yığmalarda çıxış edən şahmatçıların valideynləri ilə görüş keçirib.
Apasport.az xəbər verir ki, toplantıda qurumun prezidenti Mahir Məmmədov federasiya tərəfindən şahmatçılara təqdim olunan dəstək proqramı barədə məlumat verib.
AŞF rəhbəri istedadlı uşaqların erkən yaşlardan aşkarlanması və inkişafdan geri qalmamasının diqqətdə saxlanıldığını qeyd edib.
Yeniyetmə və gənc şahmatçılardan ibarət yığmaların baş məşqçisi Nicat Məmmədov dəstək layihəsinə seçim, hazırlıq proqramından danışıb. İclasda iştirak edən məşqçi Fərid Abbasov və AŞF-nin baş katibi İlahə Qədimova şahmatçıların hazırlığında valideynlərin xüsusi rolunun olduğunu vurğulayıb.
Tədbirdə uşaqların düzgün qidalanması və hazırlıq vaxtının səmərəli istifadəsinin vacibliyi barədə danışılıb.
Görüşün sonunda AŞF rəhbərliyi və məşqçilər valideynlər tərəfindən səsləndirilən sualları cavablandırıb.
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
- Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi
- Şahmat Olimpiadası başlayır – millimizin rəqibləri bəlli oldu