Bakı İdman Sarayında təşkil olunan şahmat üzrə “Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında 5-ci tur başa çatıb.
Apasport.az xəbər verir ki, 5 turdan sonra A qrupunda yarış cədvəlinə 4,5 xalı olan İran şahmatçısı Sina Movahed başçılıq edir.
Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Murad İbrahimli, Aydın Süleymanlı, Vüqar Əsədli, Read Səmədov, Nicat Abasov liderdən yarım xal geri qalır və 4-9-cu yerləri bölüşdürür.
B qrupunda maksimum xal toplayan Elgün Xanalizadə birinci pillədə qərarlaşıb. Kamran Babayev, Nihad Əhmədli, Uğur Mirzəyev, Əkbər Mirzəyev, Əhməd Hüseynov, Xanlar Allahverdiyev 4,5 xalla 2-8-ci yerləri tutur.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışan iti zəka sahibləri iştirak edirlər.
Yarışın ümumi mükafat fondu 50 000 ABŞ dollarıdır.
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
- Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi
- Şahmat Olimpiadası başlayır – millimizin rəqibləri bəlli oldu