Şahmat üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsinin ilk partiyaları keçirilib.
Apasport.az xəbər verir ki, turnirin reytinq favoriti Şəhriyar Məmməyarov Murad İbrahimliylə, ötən ilki çempion Rauf Məmmədov isə Şiroğlan Talıbovla heç-heçə oynayıb.
Eltac Səfərli Kamal Ağasiyevi, Aydın Süleymanlı Rəhim Qasımovu, Məhəmməd Muradlı Rəvan Əliyevi, Read Səmədov Paşam Əlizadəni, Əhməd Əhmədzadə isə Vüqar Rəsulovu məğlub edib. Nicat Abasov ilk partiyada Xaqan Əhmədə uduzub.
Qadın şahmatçıların yarışında bütün oyunlar məhsuldar alınıb. Ötən ilin çempionu Günay Məmmədzadə Nərmin Kazımovanı, Avropa çempionu Ülviyyə Fətəliyeva isə Zəhra Allahverdini məğlub edib. Digər görüşlərdə Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova qələbə qazanıb.
Qeyd edək ki, 1/8 finalın cavab partiyaları bu gün oynanılacaq.
- Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib