Kişi və qadınlar arasında keçiriləcək Azərbaycan çempionatına 46 şahmatçı qatılacaq.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Turnir 6-22 fevral aralığında təşkil olunacaq. Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparacaq.
Çempionat olimpiya sistemi üzrə FİDE oyun qaydaları əsasında təşkil olunacaq.
Ötən il olduğu kimi bu ildə Azərbaycan çempionatında ölkənin əksər şahmatçıları mübarizə aparacaq. Kişilərin yarışında çempionluq uğrunda rapid və 20 yaşlılar arasında dünya çempionu, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, altıqat Azərbaycan və komandalar arasında üçqat Avropa çempionu Rauf Məmmədov, milli komandanın heyətində qitə çempionatının qalibi Eltac Səfərli, qadınların mübarizəsində isə son ölkə çempionu Günay Məmmədzadə, şəxsi Avropa çempionatının qalibi Ülviyyə Fətəliyeva, 20 yaşlılar arasında dünya çempionu Gövhər Beydullayeva və digərləri mübarizə aparacaq.
Azərbaycan çempionatının ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.
Azərbaycan çempionatının açılış mərasimi fevralın 6-da keçiriləcək.
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
- Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi
- Şahmat Olimpiadası başlayır – millimizin rəqibləri bəlli oldu