Azərbaycan şahmatçısı Nicat Abasov Polşanın Katovitse şəhərində təşkil edilən şəxsi Avropa çempionatında liderliyə yüksəlib.
Apasport.az xəbər verir ki, qrossmeyster IX turdan sonra birinci pillədə qərarlaşıb.
N.Abasov hesabat turunda İsrail təmsilçisi Benni Ayzenberqi məğlub edib. Aydın Süleymanlı ispan David Qiharro ilə ilə heç-heçə edib.
Hazırda 7 xal toplayan Süleymanlı 5-ci pillədə qərarlaşıb. Hərəyə 7,5 xal toplayan Nicat Abasov və ispaniyalı David Qiharro 1-2-ci yerləri bölüşürlər. 7 xal toplayan digər azərbaycanlı şahmatçı Məhəmməd Muradlı 12-ci pillədədir.
Bu gün baş tutacaq X tur liderlərin dueli ilə diqqəti cəlb edir. Eyni xala malik Nicat Abasovla David Qiharonun mübarizəsi vahid lideri müəyyənləşdirə bilər.
Liderlərdən uzaqlaşan Riad Səmədov, Xaqan Əhməd və Xəzər Babazadə hərəyə 6 xal toplayıb.
Qeyd edək ki, Avropa çempionatında ilk "20-lik"də qərarlaşacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
- Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi
- Şahmat Olimpiadası başlayır – millimizin rəqibləri bəlli oldu