Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi və ölkəmizin Slovakiyadakı səfirliyinin təşkilatçılığıyla qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu, beynəlxalq usta Ülviyyə Fətəliyeva Vyana və Bratislavada şahmatçılar üçün seans keçirib.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu eyni vaxtda 15 iştirakçıya qarşı mübarizə aparıb. Ülviyyə Fətəliyeva şahmatçılarla görüşdən məmnun olduğunu və turnirin keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarılığını bildirib.
Xatırladaq ki, Azərbaycan çempionu olan Ülviyyə Fətəliyeva 2024-cü ildə Yunanıstanın Rodos şəhərində keçirilən qadınlar arasında şəxsi Avropa çempionatının qalibidir. Bu ilin mart ayında 8 ölkədən 10 şahmatçının qatıldığı turnirdə 9 turda 6,5 xal toplayaraq "IV Women's Chess Championship"də birincilik qazanıb.
- 40 şahmatçımız Avropa çempionatında mübarizə aparacaq
- Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- "Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
- Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazandı
- Azərbaycan klubları Avropa Kubokunda qələbə qazandı