Almaniya millisi dünya və Avropa çempionatlarında 50 ildən sonra ilk dəfə penaltilər seriyasında məğlub olub.
Apasport.az xəbər verir ki, DÇ-2026-nın 1/16 finalında Paraqvaya uduzan bundestim uzun illər davam edən seriyanı qoruya bilməyib.
Almaniya sonuncu dəfə böyük turnirdə penaltilər seriyasında 1976-cı il Avropa çempionatının finalında Çexoslovakiyaya 3:5 hesabı ilə məğlub olmuşdu.
Bundan sonra komanda ardıcıl yeddi penalti seriyasının hamısından qalib ayrılmışdı.
Almaniyanın böyük turnirlərdə penaltilər seriyası belədir:
AÇ-1976: Çexoslovakiya - Almaniya 5:3
DÇ-1982: Almaniya - Fransa 5:4
DÇ-1986: Almaniya - Meksika 4:1
DÇ-1990: Almaniya - İngiltərə 4:3
AÇ-1996: Almaniya - İngiltərə 6:5
DÇ-2006: Almaniya - Argentina 4:2
AÇ-2016: Almaniya - İtaliya 6:5
DÇ-2026: Paraqvay - Almaniya 1:0
Qeyd edək ki, Almaniya Paraqvaya penaltilər seriyasında 3:4 uduzaraq DÇ-2026 ilə 1/16 final mərhələsində vidalaşıb.
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi
- 7-ci finalda 6-cı çempionluq – İspaniyadan ikinci DÇ kuboku