Mərakeşin məğlubiyyətsizlik seriyası qırıldı - 42 oyundan sonra
10.07.2026 - 03:13
Mərakeş millisinin 42 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb.
Apasport.az xəbər verir ki, Afrika təmsilçisi DÇ-2026-nın 1/4 finalında Fransa yığmasına 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Bununla da Mərakeş millisinin ardıcıl 42 oyundan ibarət məğlubiyyətsizlik seriyası sona çatıb.
Qeyd edək ki, Mərakeş bundan əvvəl sonuncu dəfə 2025-ci il avqustun 10-da Afrika Millətlər Çempionatında Keniya millisinə 0:1 hesabı ilə uduzmuşdu.
Həmin görüşdən sonra komanda 42 oyun ərzində məğlub olmamışdı.Mərakeşin məğlubiyyətsizlik seriyası qırıldı - 42 oyundan sonra uduzdular.
0
0