İspaniya millisinin qapıçısı Unai Simon dünya çempionatları tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 29 yaşlı qolkiper DÇ-2026-nın 1/16 finalında Avstriya ilə oyunda qapısını toxunulmaz saxlayaraq mundial tarixinin ən uzun "quru seriya"sına imza atıb.
Simon dünya çempionatlarında ardıcıl 519 dəqiqə qol buraxmayaraq italiyalı Valter Zenqanın 1990-cı ildə müəyyənləşdirdiyi 517 dəqiqəlik rekordu geridə qoyub. Üçüncü pillədə isə 500 dəqiqə ilə İngiltərə əfsanəsi Piter Şilton qərarlaşıb.
Qeyd edək ki, Simonun dünya çempionatında son buraxdığı qol DÇ-2022-nin qrup mərhələsində Yaponiya ilə oyunun 51-ci dəqiqəsində qeydə alınıb. O vaxtdan bəri o, mundiallarda qapısından top buraxmayıb.
- Misli Premyer Liqasının IV turu: Rəqəmlərin gözü ilə
- "Neftçi"dən yubiley: Darmadağınla 300-cü ev qələbəsi
- DÇ-2026-nın ən yaxşıları açıqlandı – Messi zirvədə, ilk "10-luq"da 5 ispaniyalı
- FIFA reytinqi açıqlandı – Azərbaycan və Türkiyə gerilədi
- 7-ci finalda 6-cı çempionluq – İspaniyadan ikinci DÇ kuboku