Mayın 11-dən 14-dək Almaniyanın Münhen şəhərində taekvondo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, milli komandamızın üzvləri yarışda iştirak etmək məqsədilə ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın məşqçiləri Günay Zeynalova və Səbuhi Zülfüqarovun rəhbərliyi altında Münhen şəhərinə yola düşüb.
Qeyd edək ki, turnirdə ölkəmizi 9 idmançı təmsil edəcək. Kişilər arasında Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Fuad Məhərrəmli (63 kq), Riyad Şirəliyev (68 kq), Cavad Ağayev (74 kq) və Elcan Əliyev (80 kq), qadınlar arasında isə Minayə Əkbərova (46 kq), Səmərrux Osmanova (49 kq) və Məryəm Məmmədova (53 kq) mübarizəyə qoşulacaqlar.
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
- Taekvondoçumuzdan bürünc medal
- Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında bürünc medal qazanıb
- Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında 6 medal qazanıblar
- Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib