Azərbaycanın taekvondo millisi İsveçrənin Sankt-Qallen şəhərində keçirilən “Swiss Open 2025” beynəlxalq turnirində uğurla çıxış edib.
Apasport.az xəbər verir ki, Bəhruz Quluzadə (54 kq), Cavad Ağayev (80 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Etac Qafarov (87 kq) gümüş medal əldə edib,
Qaşım Maqomedov (63 kq), Riyad Şirəliyev (68 kq) və Səmərrux Osmanova (49 kq) isə bürünc medala layiq görülüblər.
Turnirin yekunlarına əsasən, Bəhruz Quluzadə yarışın ən yaxşı idmançısı seçilib. Ümumi komanda hesabında Azərbaycan millisi birinci olub. Kubok qaliblərə Dünya Taekvondo Federasiyasının prezidenti doktor Çunqvon Ço tərəfindən təqdim edilib.
- Taekvondoçumuz dünya üçüncüsü olub
- Dünya reytinq cədvəli açıqlandı - PARATAEKVONDOÇUMUZ ZİRVƏDƏ
- Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib - FOTO
- Azərbaycanın 9 taekvondoçusu dünya çempionatında çıxış edəcək
- Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib