Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
01.07.2026 - 17:51
Azərbaycan parataekvondoçuları Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) xüsusi dəvətlə Cənubi Koreyanın Muju şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb.
Toplanışa dünyanın 10-dan çox ölkəsindən 40 parataekvondoçu dəvət olunub.
Xatırladaq ki, Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və "Taekwondowon" İdman Kompleksinin birgə təşkilatçılığı ilə seçilmiş idmançılar üçün təşkil olunan hazırlıq iyulun 7-nə qədər davam edəcək.
- Taekvondoçumuzdan bürünc medal
- Azərbaycan taekvondoçusu klublararası Avropa çempionatında bürünc medal qazanıb
- Azərbaycan taekvondoçuları klublararası Avropa çempionatında 6 medal qazanıblar
- Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib
- Azərbaycan Taekvondo Federasiyası növbəti dan imtahanını həyata keçirib
0
0