Dörd taekvondoçumuz beynəlxalq turnirdə mübarizə aparacaq
02.10.2026 - 13:41
Dörd taekvondoçumuz beynəlxalq turnirdə mübarizə aparacaq

Taekvondo üzrə gənclərdən ibarət Azərbaycan millisi Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək “Albania Open” beynəlxalq turnirində mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Bildirilib ki, ölkəni yarışda dörd idmançı təmsil edəcək.

Bunlar Zəhra İsayeva (44 kq), Gülnar Rəsulzadə (52 kq), Novruz Əliyev (55 kq) və Adil Kazımlıdır (73 kq) .

Qeyd edək ki, komanda mübarizəyə oktyabrın 3-də qoşulacaq.