Millimiz Avropa çempionatında tarixi uğura imza atıb
13.05.2024 - 11:22
Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar.
Apasport.az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub.
Medalların əyarına görə milli komandamız Avropa çempionu olub. İkinci pillədə Türkiyə qərarlaşıb, AİN isə üçüncü olub.
Qeyd edək ki, komandamız turnirdə baş məşqçi Fərdi Tağızadənin rəhbərliyi altında 3 idmançı ilə iştirak edib. Parataekvondoçularımızdan İmaməddin Xəlilov (70 kq) qızıl, Əbülfəz Abuzərli (80 kq) isə gümüş medal qazanıb.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
0
0