Milli Paralimpiya komandamız bu gün Avropa Gənclər Paralimpiya Oyunlarında 2 qızıl və 2 bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, Avropa Gənclər Paralimpiya Oyunlarının ikinci yarış günündə parataekvondoçularımızın hər üçü fəxri kürsüyə yüksəlib.
Bayraqdarımız Sabir Zeynalov (K44, 58 kq) mübarizəyə yarımfinaldan start verib. İdmançımız yarımfinalda komanda yoldaşı Ayxan Nuriyevi, finalda isə türkiyəli rəqibini məğlub edərək qızıl medal qazanıb.
Ayxan Nuriyev (K44, 58 kq) isə bürünc medala yiyəlınib.
16 yaşlı parataekvondoçumuz Səmayə Həsənova da (K44, 47 kq) mübarizəyə yarımfinaldan qoşulub. Yarımfinalda və finalda türkiyəli rəqiblərini məğlub edən S.Həsənova iştirak etdiyi ilk beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
17 yaşlı paracüdoçumuz Ömər Qurbanov 1/4 finalda məğlub olsa da, ardıcıl iki təsəlliverici döyüşdə sırası ilə ispaniyalı və moldovalı rəqiblərini, bürünc medal uğrunda qarşılaşmada isə türkiyəli idmançını məğlub edərək Avropa Gənclər Paralimpiya Oyunlarının bürünc medalını qazanıb.
- İslam Oyunları: Taekvondoçumuz bürünc medal uğrunda yarışacaq - YENİLƏNİR
- İslam Oyunları: Taekvondoçumuzdan bürünc medal - FOTO
- İslam Oyunları: Qaşım Maqomedov yarımfinalda məğlub oldu, bürünc üçün yarışacaq - YENİLƏNİB
- İslam Oyunları: Taekvondoçumuz gümüş medal qazanıb
- Millinin baş məşqçisi: "Avropada qazandığımız qələbəni şəhidlərimizə həsr etdik"