Parataekvondoçularımız Bakıda təlim-məşq toplanışına başlayıb
09.04.2025 - 12:54
Azərbaycan parataekvondoçuları Bakıda təlim-məşq toplanışına başlayıb.
Apasport.az xəbər verir ki, kişi parataekvondoçulardan ibarət millinin toplanışı aprelin 17-dək Bakıda davam edəcək.
Məşqlərdə baş məşqçi Fərid Tağızadə və məşqi Yaşar Səfərovun rəhbərliyi altında İmaməddin Xəlilov (70 kq), Amin Şıxalıyev (63 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq) və Orxan Cəfərov (80 kq) iştirak edir.
Qeyd edək ki, toplanış Azərbaycan Taekvondo Federasiyasının məşq zalında təşkil olunur.
- İslam Oyunları: Taekvondoçumuz bürünc medal uğrunda yarışacaq - YENİLƏNİR
- İslam Oyunları: Taekvondoçumuzdan bürünc medal - FOTO
- İslam Oyunları: Qaşım Maqomedov yarımfinalda məğlub oldu, bürünc üçün yarışacaq - YENİLƏNİB
- İslam Oyunları: Taekvondoçumuz gümüş medal qazanıb
- Millinin baş məşqçisi: "Avropada qazandığımız qələbəni şəhidlərimizə həsr etdik"
0
0