Parataekvondoçularımız Münhendə Avropa çempionatında
11.05.2026 - 09:52
Bu gün Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına start veriləcək.
Apasport.az xəbər verir ki, ölkəmizi turnirdə K44 kateqoriyası üzrə kişilər arasında Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq), qadınlar arasında isə Səmayə Həsənova (47 kq) təmsil edəcək.
Milli komandamızı yarışa baş məşqçi Fərid Tağızadə çıxaracaq.
Qeyd edək ki, turnirə mayın 14-də yekun vurulacaq.
- Taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
- Parataekvondoçularımızdan beynəlxalq turnirdə daha bir bürünc medal
- İki parataekvondoçumuz Antalyada bürünc medal qazanıb - FOTO
- Parataekvondoçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb
- Millimiz beynəlxalq turnirdə iştirak edəcək
0
0