Röyalə Fətəliyeva Parisə yollanan heyətdən çıxarılıb
28.08.2024 - 12:55

Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Apasport.az xəbər verir ki, parataekvondoçu Röyalə Fətəliyeva Fransa paytaxtındakı yarışa qatılmayacaq.
Buna 52 kq çəkidə çıxış edən təmsilçimizin zədəsi səbəb olub. Röyalə Parisə yollanan heyətdən çıxarılıb. Bu üzdən də millimiz Paralimpiadada 19 deyil, 18 təmsilçi ilə çıxış edəcək.
Qeyd edək ki, bu gün açılış mərasimi keçiriləcək yarış sentyabrın 8-dək davam edəcək.
- Niyaməddin Paşayev: "Taekvondoçularımız bizi dəstəkləyən hər kəsi sevindirdi" - VİDEO
- III MDB Oyunları: Taekvondoçumuz finalda - YENİLƏNİB
- Çempion taekvondoçumuz: "Avropa çempionatından qızıl medalla dönəcəyimə inanıram"
- Ziya Həsənli: "Böyük nailiyyətlər qazanacağıma inanıram"
- Azərbaycanlı taekvondoçu: “Hədəfim olimpiya oyunlarında yüksək nəticə göstərməkdir"
0
0